Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib.
News365.az xəbər verir ki, Hikmət Hacıyev diplomatların budəfəki səfərinin təyinat nöqtəsi barədə yazıb:
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri. Budəfəki təyinat nöqtələri Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan oldu".