Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 59 ünvanında yerləşən “Meqapark” uşaq bağçasında rəngarəng Payız bayramı təşkil olunub.
News365.az xəbər verir ki, tədbir zamanı uşaqlar payız mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub və maraqlı səhnəciklər təqdim ediblər. Bayram ab-havası yaradan tədbir valideynlərin və müəllimlərin böyük marağına səbəb olub.



