Qaqik Xaçatryan HƏBS OLUNDU

Qaqik Xaçatryan HƏBS OLUNDU
10:56

Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryan həbs edilib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti “Sputnik Ermənistan”a məlumat verib.

Bildirilib ki, ötən gecə İrəvan məhkəməsi keçmiş məmur barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Qərar Xaçatryanın saxlanılmasından bir neçə saat sonra qəbul edilib.

Xaçatryan rüşvətxorluq, çirkli pulların yuyulması və qanunsuz əmlak əldə etməkdə ittiham olunur.

Məlumata görə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində Xaçatryanın və oğlunun yaşayış yerlərində, həmçinin onlarla əlaqəli 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar və digər istintaq hərəkətləri keçirilib.

Bundan bir gün əvvəl Xaçatryanın vəkilləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının müvəkkilləri ilə kobud rəftar etdiyini iddia edərək, onun səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.

Həmçinin Xaçatryanın yatağından qaldırılaraq xərəkdə məhkəməyə gətirildiyini göstərən görüntülər yayılıb.


Sizin reklam burada
Sizin reklam burada