Şagirdini döyən müəllim həbs olundu - FOTO

Şagirdini döyən müəllim həbs olundu - FOTO
29 May 2025 12:57

Türkiyənin Şanlıurfa şəhərində 10 yaşlı şagirdini döyən müəllim həbs edilib.   

News365.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Karaköprü rayonundakı Şərifə Özden Başarı Orta Məktəbində baş verib. 

Məlumata görə, A.K. adlı müəllim 5-ci sinif şagirdi M.S.-ni sinif otağında döyüb. Yaralanan uşaq xəstəxanaya aparılıb, müəllim isə polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.   

Şanlıurfa Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, insidentlə bağlı inzibati araşdırma başlanıb, müfəttiş təyin olunub və müəllim vəzifəsindən uzaqlaşdırılıb.



Sizin reklam burada
Sizin reklam burada