Putindən sonra Zelenski ilə görüşəcək

Putindən sonra Zelenski ilə görüşəcək
27 May 2025 12:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada danışıqlardan sonra Kiyevə gedəcək. 

News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

 "Fidanın həmçinin bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbulda danışıqlardan sonrakı vəziyyəti təhlil etmək üçün Kiyevə gedəcəyi gözlənilir", - məlumatda deyilir. 

Qeyd edək ki, Fidan ötən gün Rusiya Prezidenti Vladimir Puyinin qəbulunda olub. Onun Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada