Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında əlaqələr yalnız Moskvada mümkündür.
News365.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü jurnalistlərə bildirib ki, "Zelenski əlaqələr təklif edir, Putin onların Moskvada mümkün olduğunu bildirib. Bu, bizim mövqeyimiz olaraq qalır".
Xatırladaq ki, 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar davam etdiriləcək.