Rusiya prezidenti Vladimir Putin Andrey Nikitini nəqliyyat nazirinin səlahiyyətlərini icra edən təyin edib.
News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İyulun 7-də səhər saatlarında Roman Starovoyt nəqliyyat naziri vəzifəsindən azad edilib.
Andrey Nikitin fevral ayından nəqliyyat nazirinin müavini vəzifəsində çalışır. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib.