Putin Ukrayna ilə sülh üçün TƏLƏBLƏRİNİ irəli sürdü

Putin Ukrayna ilə sülh üçün TƏLƏBLƏRİNİ irəli sürdü
12:35

"Nizamlanmanın əsası Ukraynanın neytral statusunun təmin edilməsi və xarici, xüsusən də hərbi alyanslara qoşulmaq üçün istənilən addımın rədd edilməsi olmalıdır". 

News365.az "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O, həmçinin Ukraynanın nüvə silahı ilə silahlandırılmasının yolverilməzliyinə diqqət çəkib.

"Ukraynanın neytrallığını, hərbi bloklarda iştirak etməməsini və nüvə silahının olmadığını rəsmi şəkildə qeyd etmək lazımdır. Bu tədbirlər regionda uzunmüddətli sabitliyin əsasını təşkil edir. Ukrayna daha yaxşı taleyə layiqdir və münaqişənin uzanmasında maraqlı olan üçüncü tərəflər tərəfindən alət kimi istifadə edilməməlidir. Üçüncü tərəflər münaqişəyə son qoymaq deyil, Ukraynadan öz maraqları üçün istifadə edirlər" - Putin vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada