Putin Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasını topladı

Putin Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasını topladı
17 Okt 2025 15:13

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.

News365.az xəbər verir ki, Kremlin məlumatına görə, iclasda Putin Tramp ilə apardığı söhbət barədə Şura üzvlərinə ətraflı məlumat verib.

Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, iki liderin təxminən 2,5 saat davam edən danışıqları əsasən beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunub.

Görüşdən sonra tərəflərin əməkdaşlığın bəzi istiqamətləri üzrə razılaşma əldə etdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada