Rusiya prezidenti Vladimir Putin “Arxangelsk” nüvə sualtı qayığının dənizçiləri ilə görüşü zamanı diqqət çəkən açıqlamalar verib. O, həmsöhbətlərinə Rusiya ilə ABŞ arasında danışıqlarla bağlı xəbərlərə fikir verməməyi tövsiyə edib. Bu barədə “Prime” agentliyi yazıb.
"Siz bunlara fikir verməyin. Sadəcəc öz vəzifənizi yerinə yetirin. Vəssalam...",- o, danışıqların gedişi ilə bağlı suala cavab olaraq zarafat edib.
Prezident qeyd edib ki, dünya da iki ölkə arasında aparılan danışıqları diqqətlə izləyir.
Tural