Pulumuzu hara qoyaq?- GÜNÜN SUALI

Pulumuzu hara qoyaq?- GÜNÜN SUALI
09:18
Son günlər həm şəxsi tanışlardan, həm də mediadan, həm də sosial şəbəkələrdən eyni sualı çox eşidirəm.
- Pulumu hara yatırım?
Hər kəs üçün vacib bir həqiqət var. İnvestisiya emosional qərar deyil. Çünki kapitalist sistemdə iki ən çətin şey var. Bunkardan biri pul qazanmaq, digəri qazanılan pulu əldə saxlamaqdır.
Pul qazanmaq üçün cəsarət lazımdır, risk lazımdır, özünü ortaya qoymaq lazımdır. Amma pulu qorumaq üçün bunun tam əksi lazımdır.
Pulu qorumaq üçün ilk növbədə emosional qərarlardan uzaq durmaq, riskləri düzgün qiymətləndirmək, sərvəti müxtəlif alətlər arasında bölüşdürmək, hərəkət tələskənliyini cilovlamaq və bazarın psixologiyasına uymadan strateji düşünmək lazımdır. Çünki qazanc şansdır, amma sərvəti qorumaq sistem və intizam tələb edir.
Biz çox vaxt elə düşünürük ki, uğur həmişə davam edəcək, bazar həmişə yüksələcək, imkanlar həmişə açıq qalacaq. Halbuki həyat da, iqtisadiyyat da göstərir ki, ən böyük yanlışlıq məhz bu düşüncədir. Heç nə davamlı deyil.
Odur ki, investisiya qərarı verərkən ən vacib şey təkcə qazanc deyil, ayaqda qala bilməkdir. Çünki əldə etdilən sərvət, düzgün idarə olunmadıqda, eyni sürətlə də əldən çıxa bilər.
Hər kəs bir şeyi bilməlidir ki, pulun ilk və əsas missiyası öz dəyərini qorumaqdır. Qazanmaq ikinci mərhələdə gəlir. Qalan hər şeylər risk seçiminə bağlıdır.
Eldəniz Əmirov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada