Pulkovo aeroportunda 40-dan çox aviareys gecikdirilib

Pulkovo aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:12

 Sankt-Peterburqda Pulkovo aeroportunda 40-dan çox aviareys gecikdirilib.

Bu barədə News365.az TASS-a istinadən xəbər verir.

"Şimal paytaxtının Hava qapıları" şirkətinin mətbuat xidmətindən bildirilib ki, aeroport cədvəlin normallaşdırılması üçün gücləndirilmiş rejimdə işləyir.

"Aeroport cədvəlin normallaşdırılması üçün gücləndirilmiş rejimdə işləyir. Hava limanının normal rejimdə işinin bərpası üçün əlavə personal cəlb edilib", - məlumatda vurğulanıb.

Mətbuat xidmətindən qeyd ediblər ki, Moskva vaxtı ilə saat 08:00-a Pulkovo aeroportundan 23 reys yola salınıb. 17 reys qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada