"Prezidentin Əbu Dabi səfəri ciddi siyasi, strateji və iqtisadi əlaqələri özündə ehtiva edir"

"Prezidentin Əbu Dabi səfəri  ciddi siyasi, strateji və iqtisadi əlaqələri özündə ehtiva edir"
18:20

 "Prezidentin Əbu Dabi səfəri  ciddi siyasi, strateji və iqtisadi əlaqələri özündə ehtiva edir".   Bu sözləri News365.az-a açıqlamasında İqtisadçı Xalid Kərimli deyib.

Xalid Kərimli qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri şərqin ən əhəmiyyətli ölkələrdən biridir. Həmçinin bu ölkə Yaxın   Şərqdəki proseslərə əhəmiyyətli dərəcədə təsir etmə gücünə malikdir. BƏƏ böyük maliyə ehtiyyatlarına da sahibdir. Bu da onların investisiya etmə imkanlarını  ciddi şəkildə genişləndirir.

İki ölkə arasındakı münasibətlərin əhəmiyyətini şərh edən iqtisadçı vurğulayıb:

 "Ölkə rəbhərlərinin son illərdə bir neçə dəfə qarşılıqlı səfərləri dövlətlər arasındakı əlaqələri daha da dərinləşdirib. Ənənəvi və alternativ enerji sahələrində əməkdaşlıq, Birləşmiş Ərəb Əmirlikləri fondlarının Azərbaycana yatırımlar etməsi və s. amilləri münsibətlərin inkişafına misal olaraq göstərmək olar. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə yaşıl enerji sahəsində böyük həcimli müqavilələrimiz var. Layihələrdən biri 240 MVt gücündə günəş panelləri elektrik stansiyası artıq istismara verilib. Digər layihələr üzərində də intensiv iş gedir. Azərbaycanın coğrafi mövqeyini, tranzit imkanlarını və Ərəb Əmirliklərinin investisiya gücünü  nəzərə aldıqda dövlətlər arası münasibətlərin daha da inşkişaf edəcəyini praqnozlaşdırmaq olar. Bu əməkdaşlıqla Azərbaycanın dünyada prespektivli tərəfdaş və cəlbedici investisiya mühütinə sahib ölkə kimi nüfuz qazanması sonrakı dövrlərdə ölkəmizədünyanın ən varlı fondlarının daha böyük yatırımlar etməsinə imkan yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada