Prezidentin baş müşaviri: "Atam meyvə satırdı"

Prezidentin baş müşaviri: "Atam meyvə satırdı"
07 Sen 2024 12:14

Türkiyə bürokratı, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri İbrahim Qalının illər əvvəl verdiyi reportaj yenidən gündəm olub.  

Aparıcının “Atanız nə işə baxır?” sualına o belə cavab verib:

“Atam malları istehsalçılardan alıb İstanbul, Ankara kimi böyük şəhərlərə göndərir, tərəvəz-meyvə biznesi ilə məşğul olurdu. Atamın anbarında çox işlədiyim vaxtlar olub. Çoxlu xiyar-pomidor daşımışam, yeşiklərə yerləşdirmişəm.”

Aparıcı A.Çağlayanın “Oxuma sevginiz valideynlərinizlə əlaqəlidir?” sualına verdiyi cavab isə olduqca maraqlıdır:

“Əslində xeyr, məndə belə olmayıb. Anam da, atam da ibtidai məktəb məzunu idilər. Heç vaxt insanların çox kitab oxuduğu ailə mühitində olmamışam. Bəlkə də onun yoxluğu məni çox erkən yaşlarımda o sahəyə itələdi. Bilik sahibi olmaq, bilikli olmaq, nəyisə öyrənmək. Onun mənə verdiyi intellektual həzzi çox gənc yaşlarımda hiss etdim. Gənc yaşda dedim, əslində uşaq olanda, bəlkə də bu Allahın neməti, hikməti idi.”


Youtube kanalımız