Powerbanklarla bağlı ciddi xəbərdarlıq: Təhlükə artır

Powerbanklarla bağlı ciddi xəbərdarlıq: Təhlükə artır
09:33

Son günlər portativ şarj cihazlarının - poverbankların təhlükəli olması barədə məlumatlar vətəndaşları narahat edib. Azərbaycan Hava Yollarının (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında poverbank daşınmasını və istifadəsini qadağa etməsi narahatlıqları daha artırıb.

 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib ki, poverbankların qadağa olunması təkcə AZAL-da yox, bütün dünyada qəbul olunmuş standartdır. “Poverbankları bagajda daşımaq olmaz. 10000 mAh dəyərindən yuxarı powerbankların isə əldə daşınmasına icazə verilmir. Bu yaxınlarda Çində səfərdə oldum, orada qaydalar daha sərtdir. Poverbankları xüsusi standartlara əsasən, ancaq əl baqajında maksimum 10000 mAh-a qədər aparmağa icazə verirlər. Poverbanklar lityum-ion batareyalardır və aviasiyada bu tip batareyalarla bağlı çox ciddi qaydalar tətbiq edilir. Çünki qızma və alışma riski var, xüsusilə də, keyfiyyətsiz və ya saxtalaşdırılmış modellərdə. Zədələnmiş və ya şişmiş poverbank uçuş zamanı termal "runaway" yarada bilər. Yəni batareya öz-özünə qıza və yana bilər. Baqaj bölməsi təzyiq və temperatur dəyişikliklərinə daha həssasdır, burada baş verən yanğın isə dərhal söndürülə bilməz. ICAO və IATA qaydalarına əsasən, lityum-ion batareyalar çox vaxt əl yükündə daşınmalıdır, amma bəzi hava yolları riskləri azaltmaq üçün buna da xüsusi məhdudiyyətlər tətbiq edə bilir. AZAL poverbank daşınmasını tam qadağan edibsə, bu çox güman ki, müəyyən lokal ve beynəlxalq təcrübələrdən qaynaqlanır. Çünki yeni qaydalar həmişə təcrübəyə əsasən formalaşdırılır. Nümunə kimi deyə bilərəm ki, son dövrdə şişmiş, nasaz poverbankların aşkarlanması, təhlükəsizlik xidmətində artan batareya insidentləri ICAO təlimatlarının yenilənməsi və ya daxili risk analizi nəticəsində baş verib. İnsanlar poverbankı gündəlik istifadə etdikləri üçün bunun təhlükə yaratdığını bilmirlər. Həmçinin əvvəl icazə var idi, indi qadağan olunması gözlənilməz gəlib”, - o bildirib. /// Pravda.az


Sizin reklam burada
Sizin reklam burada