Polşa hökuməti hazırda Rusiya ilə sərhəd ərazilərdə minalama aparmağı planlaşdırmır. Bu cür addımın yalnız ölkənin təhlükəsizliyinə birbaşa silahlı təhdid yarandığı halda gündəmə gələ biləcəyi bildirilib.
News365.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik Zet radiosuna verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, sərhəd zonalarında yalnız texniki və mühəndis hazırlıq işləri görülür, real minalama isə müharibə riski olmadan həyata keçirilməyəcək.
Nazir müavini qeyd edib ki, sözügedən tədbirlər Polşanın şərq sərhədlərinin gücləndirilməsini nəzərdə tutan “Şərq Qalxanı” adlı müdafiə proqramının tərkib hissəsidir. Bu proqram çərçivəsində müdafiə istehkamları və təhlükəsizlik infrastrukturu mərhələli şəkildə formalaşdırılır.
Tomçik əlavə edib ki, hərbi baxımdan minalama potensial təhlükələrin qarşısının alınmasında hələ də ən təsirli çəkindirmə vasitələrindən biri hesab olunur, lakin bu üsul yalnız son zərurət yarandıqda tətbiq edilə bilər.
News365.az