ABŞ-dan yeni qayıdan Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ilk dəfə açıq şəkildə Rusiyanı düşmən adlandırıb.
News365.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbəri Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik dənizində keçirdiyi təlimlərdən narazılığını bildirib. O, Rusiyanın manevrlərinin iyunun əvvəlində Polşa və müttəfiqlərinin Baltik dənizində keçirməyi planlaşdırdığı təlimlərlə üst-üstə düşdüyünü deyib.
“Bizim düşmənimiz olan Rusiya Federasiyası getdikcə aqressivləşir”.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Polşa rəsmilərini laqeydlikdə və sayğısızlıqda ittiham etmişdi.