Türkiyədə yanğınsöndürmə maşınının altında qalan 47 yaşlı tikinti işçisi İbrahim Zengin xəstəxanada göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Bədbəxt hadisə nəticəsində həlak olan işçinin cənazəsi doğulduğu Ağrı vilayətinə göndərilib.
Düzcənin Akçakoca rayonunda baş verən iş qəzasında, bir tikinti sahəsinə su daşıyan yanğınsöndürmə maşınının altında qalan İbrahim Zengin (47) xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə əvvəlki gün Akçakocada baş verib. Akçakoca Bələdiyyəsinə məxsus yanğınsöndürmə maşını, bir tikinti sahəsinə su daşımaq üçün əraziyə göndərilib. İddialara görə, tikinti sahəsinin yolunu göstərmək məqsədilə maşına minən inşaat işçisi İbrahim Zengin hərəkət zamanı tarazlığını itirərək maşından yıxılıb və onun altında qalıb.
Ətrafdakıların məlumat verməsi ilə hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. İlk müdaxilədən sonra Düzcə Universiteti Xəstəxanasına aparılan Zengin, reanimasiya şöbəsində edilən bütün müdaxilələrə baxmayaraq, səhər saatlarında vəfat edib.
Hadisə ilə bağlı araşdırma başladılıb. İbrahim Zenginin cənazəsi Ağrıya göndərilib.