"Biz danışırıq və ümid edirik ki, gələn həftə bunu düzəldəcəyik".
News365.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Vaşinqton yaxınlığındakı Endryus Birgə Bazasında jurnalistlərə verdiyi açıqlamada Qəzza zolağındakı vəziyyətin gələn həftə ərzində həll oluna biləcəyini istisna etmir:
"Qəzza - biz danışırıq və ümid edirik ki, gələn həftə bunu düzəldəcəyik. Görək nə olacaq".
Qeyd edək ki, iyulun 6-da Həmas və İsrail Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs razılaşmasına nail olmaq və anklavda saxlanılan israilli girovları azad etmək məqsədi daşıyan Doha danışıqlarını bərpa ediblər.