ABŞ Prezidenti Donald Tramp Klublararası Dünya Çempionatının finalından sonra iranlı hakim Əlirza Fəqaniyə mükafat verib və onunla xatirə fotosu şəkdirib.
News365.az xəbər verir ki, bu haqda beynəlxalq media məlumat yayıb.
Tramp Fəqaninin medalını təqdim edərkən onunla söhbətləşib və idman sahsindəki əməyini yüksək qiymətləndirib.
İran mediası isə İsrail və ABŞ-ın İrana hücumuna toxunaraq, Əlirza Fəqaninin Donald Trampla görüşməsini tənqid edən çoxsaylı materiallar dərc edib, dünya səviyyəli futbol hakimini “ölkəsinə xəyanət”də günahlandırıb.
Qeyd edək ki, 47 yaşlı Əlirza Fəqani 2018-ci ildə İranı tərk edərək Avstraliyaya köçüb.