“Saxla” əmrinə tabe olmadı – Polis təkərləri partladaraq dayandırdı

“Saxla” əmrinə tabe olmadı – Polis təkərləri partladaraq dayandırdı
11:41

Türkiyədə “saxla” əmrinə tabe olmayan yüngül kommersiya avtomobilinin sürücüsü ilə polis arasında gecə saatlarında uzun müddətli təqib baş verib. Polis əməkdaşları şübhəli avtomobili təkərlərini partladaraq və ona çırpılaraq dayandıra biliblər. Hadisədən sonra sürücünün sərxoş olduğu müəyyən edilib.

News365.az xəbər verir ki, İstanbulun Ataşehir rayonunda patrul xidmətində olan polis əməkdaşları şübhəli saydıqları yüngül kommersiya avtomobilini saxlamaq istədilər. Lakin polis əməkdaşlarının “saxla” əmrinə məhəl qoymayan sürücü qaçmağa başladı. Bunun üzərinə polis maşını uzun müddət təqib etdi.

Təqib zamanı polis müxtəlif küçələrdə avtomobilin qarşısını kəsməyə çalışdı. Nəhayət, bir küçədə küncə sıxışdırılan avtomobilin qarşısına keçən polis əməkdaşı şübhəli avtomobilin təkərlərini atəş açaraq partlatdı. Lakin sürücü yenidən qaçmağa cəhd etdi. Bu zaman hadisə yerinə gələn digər polis qrupunun mikroavtobusu şübhəli avtomobilə çırpılaraq onu dayandırdı.


Sizin reklam burada
Sizin reklam burada