Biz Ermənistanın Cənubi Qafqazda sabitliyi təmin etmək səylərini, xüsusən də Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımları yüksək qiymətləndiririk.
News365.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanla daha dərin və geniş tərəfdaşlıq və İrəvanla münasibətləri inkişaf etdirməyə çalışır.
Antonio Kosta Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşündə deyib:
"Brüssel Ermənistanla daha dərin və geniş tərəfdaşlıq üzərində işləyir və Avropa İttifaqının İrəvanla münasibətləri inkişaf etdirmək istədiyini vurğulayır. Ümid edirəm ki, bu görüş işimizi irəli aparacaq", - Kosta qeyd edib.
O, həmçinin Aİ-nin ali nümayəndəsi Kaja Kallasın 29-30 iyun tarixlərində Ermənistana səfərinə toxunaraq, bunun Aİ-Ermənistan münasibətlərində aydın irəliləyiş olduğunu vurğulayıb.
"Bu görüş həm də bizə sülh və digər hadisələr haqqında danışmaq imkanı verəcək", - Kosta bildirib.