Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Bıdqoş sakinini saxlayıblar. O, Rusiyaya casusluq etməkdə ittiham olunur. Bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski X sosial şəbəkəsində məlumat yayıb.
"28 yaşlı Polşa vətəndaşı saxlanılıb. Prokuror həmin şəxsi casusluqda ittiham edib", - paylaşımda yazılıb.
Həmin şəxs Rusiya kəşfiyyatının maraqları naminə fəaliyyət göstərməyə hazır olduğunu ifadə etməkdə, eləcə də digər məsələlərlə yanaşı, mühüm müdafiə əhəmiyyəti olan obyektlərin istismarı ilə bağlı məlumatların toplanması, ötürülməsi yolu ilə digər ölkənin xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərməkdə ittiham olunur.
Tural