Polisləri diri-diri yandırdılar - VİDEO

Polisləri diri-diri yandırdılar - VİDEO
03 İyn 2025 14:45

Meksikanın cənubundakı Çiapas ştatında silahlı şəxslərin polis patruluna hücumu nəticəsində beş polis əməkdaşı həyatını itirib.

Bu barədə Çiapas ştatının prokurorluğu xəbər yayıb.

Bildirilir ki, hadisə Frontera-Komalapa bələdiyyəsi ərazisində baş verib - mülki şəxslərdən ibarət silahlı dəstə patrul maşınını atəşə tutub, sonra isə içərisində polislərlə yandırıblar.

"Həlak olanların meyitləri nəqliyyat vasitəsinin içərisində aşkarlanıb," - deyə prokurorluğun yaydığı açıqlamada bildirilir.

Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir. Hücumun arxasında hansı qruplaşmanın dayandığı isə hələlik məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada