Polis Abşeronda silah-sursat anbarı aşkarladı

Polis Abşeronda silah-sursat anbarı aşkarladı
31 May 2025 12:35

Abşeron rayonunda silah-sursat aşkarlanıb. 

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib. Araşdırma aparılır", - məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada