Polad Həşimovun şəhid olmasından 4 gün əvvəl nə baş verib? – Ceyhun Bayramov açıqladı

Polad Həşimovun şəhid olmasından 4 gün əvvəl nə baş verib? – Ceyhun Bayramov açıqladı
09:55

“2020-ci ilin 10 iyul tarixində (Tovuz döyüşlərindən bir qədər əvvəl – red.) Ermənistanın yeni milli təhlükəsizlik konsepsiyası açıqlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi yeni milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi elan olunur”.

News365.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, Ermənistanın danışıqlar üçün irəli sürdüyü şərtlərin heç biri qəbuledilməz idi.

“12-16 iyul 2020-ci il Tovuz istiqamətində olan təxribatlar və bundan dərhal sonra Ermənistan tərəfinin nümayişkar şəkildə həmin o təxribatdan iştirak edən hərbçilərin mükafatlandırılması, o cümlədən, generalPolad Həşimovun (iyulun 14-də şəhid olub – red.) qətlində iştirak edən hərbçilərin nümayişkar şəkildə təltif edilmələri və 23 iyul tarixində Baş nazir danışıqlar prosesinə qədər 7 əlavə şərti irəli sürür. O 7 əlavə şərtin heç biri qəbuledilməz idi. Yalnız onlardan birini xatırlatmaq istərdim ki, Azərbaycan ümumilikdə bu mövzunu danışmaq istəyirsə, müzakirə etmək istəyirsə, Ermənistanla deyil, “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır. Yəni bu, digər sözlə nə deməkdir? – onilliklər ərzində formalaşan danışıqlar prosesini darmadağın etmək”, – nazir bildirib.


Sizin reklam burada
Sizin reklam burada