Azərbaycanda plastik cərrahların televiziya efirlərinə çıxışına məhdudiyyət qoyulacağı bildirilir.
News365.az xəbər verir ki, səbəb kimi həkimlərin özlərini reklam etməsi, pasiyentləri cəlb etmək üçün yüksək nəticələr vəd etməsi, eyni zamanda peşəkar yoxlayıcı mexanizmlərin zəifliyi göstərilir.
Məlumata görə, aparılan araşdırmalar plastik cərrah olmaq üçün yalnız müəyyən məbləğ ödəyib sertifikat almağın kifayət etdiyini üzə çıxarıb.
Bu isə son illər estetik əməliyyatlar nəticəsində pasiyentlərdə ciddi fəsadların artmasına səbəb olub.