Pirşağıda usta faciəvi şəkildə ÖLDÜ

Pirşağıda usta faciəvi şəkildə ÖLDÜ
01 Okt 2024 16:12

Bakıda körpü tikintisi zamanı usta ölüb.

News365.az bildirir ki, hadisə bu gün səhər saatlarında Pirşağı qəsəbəsində baş verib.

Körpü tikintisi zamanı 54 yaşlı Yaşar Əli oğlu Qasımovun üzərinə beton panel aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin layihə çərçivəsində inşa olunur.

 


Youtube kanalımız

Oxşar xəbərlər