Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu, Mirəsədulla
Mirqasımov küçəsi ərazisindən çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım
briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun,
kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.
Nərimanov Tibb Mərkəzinin
nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım
göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
Bakıda orta məktəbdə qazanxanada partlayış olub.
News365.az xəbər verir ki, hadisə Nəsimi
rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində
bir nəfər xəsarət alıb.
TƏBİB-dən bildirilib ki,
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində
Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs
hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə
olunub.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumatda
bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları
42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli
partlayış olub.
Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti
mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri
görülüb.
Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən
ediləcək.
Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.
Hazırda məktəbdə
dərslər normal qaydada davam edir.