Sankt-Peterburqdan Moskvaya uçan təyyarənin ekipajı səmada naməlum obyektin olduğunu bildirib. Bu barədə Aviaincident Telegram kanalı yazıb.
Telegram kanalının məlumatına görə, insident mayın 24-də, Suxoy Superjet 100 təyyarəsi paytaxtdan təxminən 114 kilometr aralıda olarkən baş verib. Pilotlar səmada öz marşrutundan 600-900 metr yüksəklikdə uçan qəribə ağ çoxbucaqlı obyekti görüblər.
Mənbənin sözlərinə görə, ərazidə başqa heç kimə uçuş icazəsi verilməyibmiş. Məlumatlar yoxlanılması üçün hava hücumundan müdafiə orqanlarına göndərilib.
Xatırladaq ki, oxşar hadisə aprel ayında da olmuşdu. Təyyarənin pilotları səmada naməlum uçan obyekt görmüşdülər. İnsident aprelin 15-də Airbus A320 təyyarəsi Novı Urenqoydan Moskvanın Domodedovo hava limanına uçan zaman olub. Təyyarə Şeremetyevo ərazisində olarkən ekipaj şar fomasında olan yaşıl rəngli obyekt görüb.
Həmin vaxt obyekt təyyarədən 300 metr yüksəklikdə olub. Lakin bu ərazidə hava məkanından istifadəyə icazə verilməyib.
Tural