Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO
17:20

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Pakistan İslam Respublikasına rəsmi səfər edib.

News365.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, iranlı rəsmiləri daşıyan təyyarə Pakistan ərazisinə daxil olduğu ilk andan etibarən bu ölkənin silahlı qüvvələrinə məxsus 6 qırıcı tərəfindən müşayiət olunub. 

Pakistan paytaxtına gələn İran dövlət başçısının səfər proqramına yüksəkrütbəli rəsmilərlə ikitərəfli görüşlər daxildir.

Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi-ticari və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsi, həmçinin regional sabitlik və regional layihələr ətrafında geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.


Sizin reklam burada
Sizin reklam burada