İraq ordusu Bağdadın “yaşıl zona”sına hərbi texnika yerləşdirdi

İraq ordusu Bağdadın “yaşıl zona”sına hərbi texnika yerləşdirdi
15:40

İraq ordusuna məxsus tanklar, zirehli texnikalar və terrorla mübarizə qüvvələri mümkün silahlı əməliyyatların qarşısını almaq məqsədilə Bağdadın "yaşıl zona"sına yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Məlumata görə, qərar İran tərəfindən dəstəklənən silahlı qrupların mümkün cavab hücumları ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.

İraq Silahlı Qüvvələrinin sözçüsü Sabah əl-Numan isə bildirib ki, ölkə ərazisinin qonşu dövlətlərə qarşı təhdid yaratmaq məqsədilə istifadəsinə icazə verilməyəcək.


Sizin reklam burada
Sizin reklam burada