Pezeşkian Əsədovu Azərbaycan dilində qarşıladı: "Allah salamat eləsin" - VİDEO

Pezeşkian Əsədovu Azərbaycan dilində qarşıladı: "Allah salamat eləsin" - VİDEO
19 Fev 2025 15:11

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrana səfər edib.

News365.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Əli Əsədovu qəbul edib.

O, Baş nazirimizi gülümsəyərək Azərbaycan dilində "xoş gəlmisiniz" deyərək qarşılayıb. M.Pezeşkian daha sonra "Allah salamat eləsin" sözlərini söyləyib.

Qeyd edək ki, Ə.Əsədov 17 fevralda İranın paytaxtı Tehran şəhərinə işgüzar səfərə gedib. O, səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.


Sizin reklam burada
Sizin reklam burada