Tanınmış jurnalist
Pərviz Həşimli Azərbaycan
Respublikasının baş prokuroru Kamran Əliyevlə görüşüb.
News365.az xəbər verir ki, bu barədə o
özünün sosial səhifsində yazıb. Pərviz Həşimli bildirib ki, görüş zamanı Avropa
İnsan Hüquqları Məhkəməsinin onun 2013-cü ildə ləğv olunmuş Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən qurama ittihamla həbs olunması və sonradan Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı
verdiyi qərar haqqında danışılıb.
Həmçinin, o
görüş zamanı baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun məsuliyyət məsələsini
qaldırıb.
News365.az