Pekin sakinlərinə xəbərdarlıq: Çölə çıxmayın!

Pekin sakinlərinə xəbərdarlıq: Çölə çıxmayın!
12 Apr 2025 09:46

Pekin sakinlərinə şənbə günü zərurət olmadığı haldaca evlərini tərk etməmək tövsiyə olunub. Xarici KİV-in yaydığı məlumata görə, Çin Dövlət Meteorologiya Mərkəzi ölkənin şimal rayonlarında dağıdıcı güclü küləklə bağlı xəbərdarlıq edib.

Şəhər fövqəladə hallar idarəsinin xəbərdarlığı belədir: "Zərurət olmadıqca çölə çıxmayın, səyahətə getməyin və açıq hava tədbirlərindən qaçın. Həmçinin hündür binaların, reklam lövhələrinin, müvəqqəti tikililərin və ya böyük ağacların altında dayanmaq tövsiyə edilmir".

Qurumun rəsmi WeChat sosial media hesabında da bildirilib ki, insanlar dağlarda və meşələrdə gəzintidən, açıq havada yanğınlar törətməkdən çəkinməlidirlər.

Artıq şənbə günü, aprelin 12-də Çinin paytaxtında 7-9 bala qədər (saniyədə 24,4 metrə qədər), dağlarda isə saniyədə 41,4 metrə qədər küləyin əsməsi qeydə alınıb. Dağıdıcı küləyin yerli vaxtla saat 22:00-a qədər güclənəcəyi gözlənilir.

Paytaxtın Pekin Paytaxt Hava Limanı 400-dən çox reysi ləğv edib. Pekin-Çjantszyakou yüksək sürətli dəmir yolu, həmçinin Pekin-Tyanjin, Pekin-Şanxay, Pekin-Quançjou və digər marşrutlarda qatarların hərəkəti dayandırılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada