Jurnalist Pərvin Abışova sosial şəbəkədə paylaşdığı bir yazı ilə bağlı yaranan mübahisəyə münasibət bildirib.
Onun sözlərinə görə, yayımladığı məlumatdan sonra Səidə Bəkirqızı tərəfindən onunla əlaqə saxlanılıb və paylaşımın silinməsi istənilib. Abışova qeyd edib ki, telefon danışığı zamanı qarşı tərəfin üslubu ona xoş olmayıb və bu səbəbdən narazılıq yaranıb.
"Mən telefonda çox hörmətlə danışdım. Biri var mənə desin ki, mənim qohumumdu onu ictimailəşdirmə. Biri də var mənə dedi ki, Belə yazansan get nazirlərdən, icra hakimlərindən, yazda, bu sadə vətəndaşdır, bunu niyə yazıb yayımlayırsan. Mən də Səidə xanıma dedim ki, mənim sizin məsləhətinizə ehtiyacım yoxdur. Yaxşısı budur hərə öz işi ilə məşqul olsun. Məndə o qıza dedim ki, Siz özünüz gəlmisinizsə xahişə, Səidə mənə niyə zəng eliyir. Dedi ki, Səidə xanımı tanımıram. Başqa jurnalistlərdən xahiş etmişdim, olarda mənə dediki, biz kimlərəsə deyərik xahiş edər. Səidə Bəkirqızı mən pis jurnalistdəm, bəs siz mənə 14 yaşlı qızın dodağına suni gel dolduran üçün niyə minnətə çıxmısınız. Mən sənin üçün Nə Rəqsanə İsmayılova nə də Şəhid ailəsi deyiləm. "