"Paşinyanın kobud səhvinə görə xalq kilsə ətrafında birləşir" -Manukyan

"Paşinyanın kobud səhvinə görə xalq kilsə ətrafında birləşir" -Manukyan
12 İyn 2025 09:50

"Nikol Paşinyan buraxdığı kobud səhv nəticəsində erməniləri bütün ermənilərin katolikosu və kilsəsi ətrafında birləşdirdi. Baş nazir öz səhvləri ucbatındann diasporun birləşməəsinə səbəb oldu. Ona görə də indi iki ssenari üzrə kilsənin və dövlətin maraqlarına uyğun hadisələrin inkişafına səbəb ola biləcək ciddi qütbləşmə yaradılır". Bunu keçmiş deputat, “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan 168-in efirində deyib.

O qeyd edib ki, hazırda davam edən yeni mübarizə bir şəxsə  deyil, kilsəyə qarşıdır. “Paşinyanın yanaşmaları heç də əsl təhlükə barədə narahatlıqdan irəli gəlmir. Ölkə daxilində daxili münaqişələrə getməyə dəyəcək bir vəziyyət yoxdur. Məncə, Paşinyan bütün bunları ona görə edir ki, burada bir sıra maraqlı motivlər var”.

Onun sözlərinə görə, çoxları belə qənaətə gəlib ki, əgər Paşinyan sərgilədiyi dəlilik xəttini keçərsə, cəmiyyət yeni proseslərin şahidi olacaq: "O zaman kənardan ölkəyə böyük zərbə ehtimalı, Ermənistanın müstəqilliyini və suverenliyinə təhdidlər olacaq. Hazırkı açıqlamaların (Kilsə əleyhinə-red.) növbəti səbəbi cəmiyyətdə məyusluq yaratmaq məqsədi daşıyır ki, bu da daxildə kütləyə nəzarət üçün yaxşı vasitədir".

Manukyanın sözlərinə görə, Paşinyanın Ermənistan cəmiyyətinə böyük ehtiyacı var ki, bu da 2026-cı il seçkiləri üçün nəzərdə tutulub. 

Tural


Sizin reklam burada
Sizin reklam burada