Paşinyan: Ermənistan Azərbaycana yazılı təkliflər göndərib

Paşinyan: Ermənistan Azərbaycana yazılı təkliflər göndərib
16 Apr 2025 12:31

Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər göndərib.

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

"Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.


Sizin reklam burada
Sizin reklam burada