Partiya sədri: "Azərbaycanda bank fazilərinin aşağı düşəcəyinə inanmıram"

Partiya sədri: "Azərbaycanda bank fazilərinin aşağı düşəcəyinə inanmıram"
04 Fev 2026 23:30

"Azərbaycanda bank fazilərinin aşağı düşəcəyinə inanmıram"

Bu sözləri News365.az-a müsahibə verən "Real" Partiyasının sədri iqtisadçı ekspert Natiq Cəfərli deyib. Kredit faizlərinin aşağı düşməsi üçün öncə depozit faizlərinin endirilməli olduğunu vurğulayan partiya sədri əlavə edib:

"Azərbaycanda depozit faizləri 8.5-10 faiz arasında dəyişir. Buna uyğun olaraq kredit faizləri də artır. Çünki kredit verilən vəsaitin 80 faizi depozitlər hesabına formalaşır. Məhz bu səbəbdən də uçot dərəcələrinin faiz dərəcələrinə heç bir təsiri olmur. Ona görə də düşünmürəm ki, yaxın gələcəkdə kredit faizləri aşağı düşsün. Çox guman ki, Mərkəzi Bankın da belə gözləntiləri yoxdur. Təxminən 0.5 faiz kimi cuzi dəyişikliklər baş verə bilər amma ciddi bir azalma olmayacaq".


Sizin reklam burada
Sizin reklam burada