Milli Məclisin deputatları tətildən qayıdıblar. Onlar bu gündən – sentyabrın 1-dən iş başında olacaqlar.
News365.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur.