Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub

Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub
05 Avq 2024 23:13

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol matçlarında ilk finalçı bəlli olub.

Yarımfinalda Mərakeş yığmasına 2:1 hesabı ilə qalib gələn İspaniya turnirin həlledici mərhələsinə vəsiqə əldə edib.

Pireneylilərin heyətində "Barselona"dan Fermin Lopes və "Sevilya"da çıxış edən Xuanlo Sançez fərqlənib.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibi Fransa - Misir matçının qalibi olacaq.


Sizin reklam burada
Sizin reklam burada