News365.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mövzu müstəvisinin ən qaynar müzakirələrinin getdiyi məkanlardan biri də medianın cəmləşdiyi nyusrumlardır:
"Biz çox sevinirik ki, Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır. Həm Azərbaycanın daxili auditoriyası üçün, həm də beynəlxalq auditoriya üçün WUF13-lə bağlı vacib mesajların çatdırılmasında mediamız çox mötəbər mənbə funksiyasını yerinə yetirdi".
N.Məmmədli qeyd edib ki, ümumiyyətlə, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılmasında çox zəngin və unikal təcrübə əldə edib:
"Düşünürük ki, bu, gələcək fəaliyyətimizdə peşəkarlığın artırılmasına öz vacib töhfəsini verəcəkdir. Bu gün biz newsroomdakı qaynar fəaliyyəti görürük və Azərbaycan jurnalistlərinə belə peşəkar fəaliyyətlərinə görə öz təşəkkürümüzü bildiririk. Düşünürük ki, mediamız COP29-da olduğu kimi WUF13-də də öz peşəkar funksiyasını çox layiqincə yerinə yetirdi".