Tanınmış həkim vəfat etdi

Tanınmış həkim vəfat etdi
12:22

Azərbaycan tibb ictimaiyyətinə ağır itki üz verib. Ölkənin tanınmış tibb işçilərindən biri həyatını itirib.

News365.az xəbər verir ki, həkim-reanimatoloq-anestezioloq Fətəli Fətəliyev dünyasını dəyişib. O, ötən gün 64 yaşında xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Fətəli Fətəliyev zəngin fəaliyyət yolu keçib. O, 1991–2008-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında çalışıb. 2008-ci ildən ömrünün sonunadək isə fəaliyyətini Kliniki Tibbi Mərkəzdə həkim-reanimatoloq-anestezioloq kimi davam etdirib.


Sizin reklam burada
Sizin reklam burada