"F-35-i vuran ilk ölkə bizik"- Arakçı

"F-35-i vuran ilk ölkə bizik"- Arakçı
12:15

İranın xarici işlər naziri Abbas Arakçı ABŞ Konqresinin İrana qarşı müharibə fonunda milyardlarla dollar dəyərində bir sıra hərbi təyyarənin itirilməsini etiraf etdiyini bildirib.

News365.az-ın məlumatına görə, nazir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Arakçı qeyd edib ki, İran Silahlı Qüvvələri F-35 qırıcı təyyarəsini vurduğunu iddia edən ilk ölkə kimi tarixə düşüb. Onun sözlərinə görə, əldə olunan təcrübə və hərbi biliklər gələcək əməliyyatlarda daha böyük nəticələrə gətirə bilər.

Nazir əlavə edib ki, müharibənin davamı halında qarşı tərəfi gözlənilməz inkişaflar gözləyə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada