Pakistanda faciəvi helikopter qəzası – 5 nəfər həlak oldu

Pakistanda faciəvi helikopter qəzası – 5 nəfər həlak oldu
01 Sen 2025 11:36

Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən helikopter qəzası insan tələfatı ilə nəticələnib.

News365.az-ın məlumatına görə, qəzada 2 pilot və 3 ekipaj üzvü olmaqla ümumilikdə 5 nəfər həyatını itirib.

Hadisə ilə bağlı ilkin açıqlamada helikopterin hərbi, yoxsa mülki təyinatlı olması barədə məlumat verilməyib.

Qəzanın səbəbləri araşdırılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada