Özbəkistan və Avropa İttifaqı (Aİ) oktyabrın 24-də genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.
News365.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta məlumat verib.
Yeni sazişin 1999-cu ildən qüvvədə olan köhnə müqaviləni əvəz edəcəyi gözlənilir. Məsələ ilə bağlı danışıqlar 2019-cu ildə başlayıb və 2022-ci ildə yekunlaşıb.
Müqavilə ticarət müddəaları, texniki reqlamentlər, sanitariya tədbirləri və s. daxil olmaqla bir çox məsələləri əhatə edəcək.