Oyuncaq şirkəti "Qazprom"u kölgədə qoydu

Oyuncaq şirkəti "Qazprom"u kölgədə qoydu
09:07
Deməli, son 1 ildə uşaqları manyakcasına özünə bağlayan Çinin Labubu oyuncaqlarını istehsal edən Pop Mart şirkətinin bazar dəyəri Rusiyanın Qazprom şirkətinin bazar dəyərini üstələyib.
2025-ci ilin iyul ayına olan məlumata əsasən, Pop Mart şirkətinin bazar dəyəri 41,52 milyard dollar təşkil edir. Qazpromun kapitallaşması isə 38,94 milyard dollar olaraq qiymətləndirilir.
Bu fakt onu göstərir ki, sadə oyuncaq istehsalı ilə də böyük dəyər qazanmaq mümkündür.
Bu hadisə qlobal trendlərin necə dəyişməsini və oyuncağın yumşaq güc vasitəsi kimi qaz və neft nəhənglərini geridə qoymaq iqtidarında olduğunu göstərir.
Aqil Məmmədov, News365.az

Sizin reklam burada
Sizin reklam burada