"Yetkin övladlar əmək qabiliyyəti olmayan valideynlərinə maddi dəstək göstərməyə borcludur".
Hüquqşünas Şamil Paşayev News365.az-a açıqlamasında bildirib ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
O qeyd edib ki, valideynlər arasında razılaşma varsa, övlad bu razılaşma çərçivəsində öhdəliyini yerinə yetirir. Razılaşma olmadıqda isə məsələ məhkəmə qərarı ilə həll olunur. Valideynin bir və ya bir neçə evi varsa, məhkəmə öhdəliyin hansı əmlaka tətbiq ediləcəyinə qərar verir.
Şamil Paşayev əlavə edib ki, valideynin hüquqlarından məhrum edilməsi və ya uşağın valideynin böyüdülməsində iştirak etməməsi, maddi və mənəvi dəstək göstərməməsi halında övladın valideyni saxlamaq öhdəliyi aradan qalxır.
“Uşaqlar valideynlik hüquqlarından məhrum edilmiş valideynlərinə aliment ödəməkdən azad edilirlər. Hər bir halda uşağın maddi imkanları, valideynin vəziyyəti, xəstəlik və digər amillər nəzərə alınmalı və məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməlidir” – deyə hüquqşünas bildirib.