"Uşaqların tərbiyəsi ilə məşğul olmayan valideynlər haradan gəliblər? Azərbaycandan, Los-Ancelesdən gəliblər? Yox, onlar da azərbaycanlıdırlar."
Psixoloq Mail Yaqub bu sözləri News365.az-a açıqlamasında deyib.
"Övladın istəyirsənmi gələcəyi parlaq olsun? bunun üçün mən burada 3 əsas məqam qeyd etmişəm:
1. Uşaqlarla birlikdə yemək yemək. Bunlar nağıl deyil, həqiqətdir. Tərbiyə yüz minlərlə insanın tərbiyə ənənəsidir. Uşağın tərbiyəsində mühüm rol oynayır. Ailənin bir yerdə oturub söhbət etməsi belə uşağın tərbiyəsinə böyük töhfə verir.
2. Uşaqları diqqətlə dinləyin. Çox vaxt uşaqlar danışır, bəzən yersiz danışırlar. On beş yaşlı bir yeniyetmə də ola bilər. Bu, kiçik məsələ deyil, on beş yaşında yeniyetmədir. Gülməli olmayan bir şey danışır ki, qoy hamı gülsün.
3. Hədiyyə verin, mükafatlandırın, çox sağ ol deyin. Ata və ana nə edirsə uşaqların yaddaşına həkk olunur.