Ordumuzun şəxsi heyətini parada bu şəxs hazırlayır - FOTO

Ordumuzun şəxsi heyətini parada bu şəxs hazırlayır - FOTO
10:21

Bakıda Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Yubiley paradı” keçiriləcək.

News365.az-ın məlumatına görə, paradın hazırlıq prosesinə nəzarət məsələləri Azərbaycan Ordusunun polkovniki Elşən Qapaqova tapşırılıb.

Qeyd edək ki, E.Qapaqov 1990-cı ildə Türkiyənin Quru Qoşunlar Ali Hərbi Məktəbini (Kara Harp Okulu) bitirib.

O, İkinci Qarabağ Müharibəsində xüsusi şücaət göstərib. Silahlı Qüvvələr Veteranıdır.

Müharibədən sonra "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.


Sizin reklam burada
Sizin reklam burada